14 Dekabr 2018 10:29
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATV-də “Maşın şou”nun 17-ci sürəti start götürüb.

Teleqraf.com-un məlumatına görə, həmişəki kimi şouya 18 məşhur qatılıb. Onlardan bəziləri proqramda ilk dəfə çıxış edir.

Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu şounun budəfəki mövsümü "Hind kinosu" adlanır.

Veriliş hər axşam saat 22:00-da yayımlanacaq. Qalibə bahalı avtomobil təqdim olunacaq.

Yarış iştirakçıları bunlardır: Əməkdar artist Ruhəngiz Allahverdiyeva, şairə Nazilə Səfərli, müğənni Mina Hüseyn, Səmra Rəhimli, Samir Cavadzadə, Dilarə Kazımova, reper Ramin Nabran, meyxanaçı Oqtay Kamil, aparıcılar Ranar Musayev, Xose Bernardo, aktrisalar Xəyalə Quliyeva, Aysel Nazim, Nərgiz Əliyeva, Aydan Axundzadə, aktyorlar Allahverdi Yolçuyev, Sərxan Kərəmoğlu, bloqqerlər Mənsur Şəriyev, Taleh Yüzbəyov.


Müəllif: Aygül Qarayeva