Xalq artist Nazpəri Dostəliyeva özünü yaxşı hiss etmədiyini deyərək, canlı efirdə studiyanı tərk edib.
Teleqraf.com xəbər verir ki, ötən gün yayımlanan “Azərbaycan Səsi” yarışmasında münsif olan müğənninin halı pisləşib.
“Bütün münsiflərin iştirakçıları mənim balalarımdır. İnanın ki, otura bilmirəm. Qızdırma və öskürək mənə imkan vermir. Tamaşaçılardan üzr istəyirəm. Özümü yaxşı hiss etdirəm” deyə, Dostəliyeva bildirib.