Kaya Çilingiroğlu "Kanal D"də yayımlanan "2. Sayfa" proqramına qonaq olub.
O, keçmiş həyat yoldaşı Hülya Avşarla bağlı açıqlamalar verib. Kaya Avşarın "Onunla yenidən ailə quraram" sözlərinə münasibət bildirib:
"Birlikdə olduğumuz ərəfədə Hülyaya nişan üzüyü almadım. Ən sevdiyi və taxdığı yeganə zinət əşyası üzükdür. Tanış olanda onun belə üzüyü var idi, mən də almaq istəmədim.
Haqqımda dediklərini izləmədim, sosial şəbəkədə oxudum. Böyük danışmayım, amma Hülya ilə yenidən ailə qurmağım mümkünsüzdür. İldə 3 gün Ayvalıka gedirəm. Birinci gün az qala ayaqlarımı yuyur, ikinci gün normal oluram. Üçüncü gün, "məni nə vaxt qovacaq" deyirəm. Eyni evdə yaşamağımız mümkün deyil. O gec, mən tez səhər yeməyi yeyirəm. O, çimərliyə gedir, mən yox. Axşam yeməyini yeyib, 8-9 arası otağına çəkilir.
Hülya qulaq asmadığı üçün başa düşmür. Bəzi insanlar qulaq asmağı sevmirlər. Dinləmək mənə atamdan miras qalıb. Artıq daha səbirliyəm. Heç nəyə təəccüblənmirəm.
Hülyanın mənimlə belə davranması Sedanı narahat etmir. Bu haqda onunla danışdıq. Kompleksiz bir qadındır. Mənim üçün evlilik artıq yoxdur. O, itləri ilə evlənib, 5 iti var. Mən o qədər heyvanla yaşaya bilmərəm.
Niyə evlənib, bədbəxt olum? Seda ilə ayrı evlərdə qalırıq. Mən qanunlar qoymuram. Əgər edərsəm, eşq olmaz. Hülyanın bir münasibətə ehtiyacı olduğuna inanmıram. Ailəsini, qızını çox sevir. Ora bir adam qoyacağına inanmıram".
\Axşam.az\