14 May 2019 16:17
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar müğənni İzzət Bağırov imicində dəyişiklik etməyə başlayıb.

15 ildən çoxdur sənətdə olan ifaçı standart tərzindən əl çəkib.

O, artıq varatniki böyük olan köynəklər yerinə, leopard naxışlı və ilan dərisini xatırladan üst geyimləri ilə tədbirlərə qatılır. Ayaqqabı seçiminində də dəyişiklik edən İzzətin istifadə etdiyi dəmir aksesuarlar da diqqət mərkəzindədir.

Buna zəmin yaradan digər detallar isə onun metal başlığı olan kəmərlər, şalvarından asılan zəncirlərdir.

Qeyd edək ki, Bağırov bundan öncə də geyimi ilə gündəmə gəlmişdi. Onun illər əvvəl geyindiyi kostyumla Ledi Qaqanın tədbirlərin birində istifadə etdiyi libas oxşarlıq təşkil etmişdi./Axşam.az/


Müəllif: Teleqraf.com