Bu gün mətbuatda bir neçə məşhurun oktyabrın 1-də ATV telekanalında yayımlanacaq “Maşın” şouda iştirak etməsi haqda məlumat yayılıb.
Şouda aktrisa Sevinc Əliyeva, aktyor Elcan Rəsulov, aparıcı Kəmalə Piriyeva, müğənnilər Səidə Sultan, Aysun İsmayılovanın maşının 18-ci sürətinə qatılacağı qeyd edilib.
Teleqraf.com-un əməkdaşı məsələ ilə bağlı adı çəkilən məşhurlara münasibət müraciət edib.
Aktrisa Sevinc Əliyeva: “Şoudan dəvət gəldi, amma övladlarıma və serial çəkilişlərinə görə iştirak edə bilməyəcəm. Amma Murad Dadaşova və komandasına böyük hörmətim var”.
Aktyor Elcan Rəsulov: “Şouda iştirak etməyəcəm. Təklif olub, amma qəbul etməmişəm. Anam icazə vermir. Deyir ki, sən verilişdə iştirak edəndə stress keçirirəm”.
Aparıcı Kəmalə Piriyeva: “Maşın” şoudan müraciət yoxdur. Yanlış məlumatdır”.
Qeyd edək ki, bu haqda məlumatı Musavat.com saytı yayıb.