26 Dekabr 2019 14:08
2 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tele-aparıcı Zümrüd Bədəlova Teleqraf.com-a müsahibə verib.

- Zümrüd xanım, “Şən Bazar” verlişində çox hazırcavab və pozitivsiniz. Bu obrazdır, yoxsa həyatda da bu sayaq insansınız?

- Həyatda da pozitivəm, şənəm. Amma verilişdə iştirak edən qonaqdan da çox şey asılıdır. Hamı ilə isti mübasibətim var və bu səmimiyyətdən belə istifadə edirəm.

- Verilişinizə dəvət etdiyiniz, amma gəlməyən məşhur olub?

- Verilişə gecikən olub, amma kimsənin gəlməməsi ilə qarşılaşmamışan.

- Hazırda verilişə kimi dəvət etmək istəyərsiniz?

- Aygün Kazımovanı.

- Röya Ayxanla yaxın münasibətiniz var, verilişinizdə o da iştirak etməyib.

- Bəli, hələ ki səhər efiri olduğuna görə verilişə gəlməyib. Bayram çəkilişlərimiz olacaq və planımda Röya da var.

- “Sevgi romanı” filminə çəkilmisiniz. Orada necə obraz canlandırmısınız?

- Film fevralda təqdim ediləcək, çox həyəcanlıyam. Mənfi obraz canlandırmışam. İnsanlar heç vaxt məni o obraz və xarakterdə görməyiblər.

Başqa filmlərdən də təklif var, amma verilişə görə çəkilməyə vaxtım yoxdur. Təklifləri ancaq yayda dəyərləndirirəm.

- Qonorarınız nə qədərdir?

- Düzdür, qonorar məsələsində hamı haqqımda səhv fikirdədir. Halbuki qonorara çox önəm vermirəm. Təbii ki, toylarda, tədbirlərdə qonorar vacibdir. Film və hansısa layihədə xüsusilə dostlarım varsa və oraya onların xahişi ilə getmişəmsə heç vaxt qonorar söhbəti eləmirəm.

- Toy mərasimlərinə aparıcı kimi gedirsiniz?

- Bəli, toylara və xınayaxdı mərasimlərinə gedirəm, amma hamısına yox. Biz müğənni deyilik. Toyu sona qədər idarə etməliyik. Xınayaxdı mərasimini idarə etmək toydan daha çətindir.

- Yaxın günlərdə Bakı Nəqliyyat Agentliyini (BNA) tənqid etdikdən sonra “Xəzər” televizyasından uzaqlaşdırılmağınız haqda xəbər yayılmışdı. Bu nə dərəcədə doğru idi?

- Bəli, tənqid etdim və tənqid əsnasında da onlarla münasibətim düzəldi. Buna görə çalışdığım kanalda problem yaşamağım barədə xəbərlər məni gözə götürməyənlərin sözləri və arzuları idi. Pulla xəbər yazan saytlar da sağ olsunlar, o haqda yazmışdılar… Amma ortada problem yox idi. Bütün xalq ayağa qalxmışdı ki, filankəs Xəzər TV-dən işdən çıxarıldı. Xəbər yazan saytları araşdırdıq və dedilər ki, sifarişlə yazılıb.

- Sifariş edənlər həmkarlarınız idi?

- Həmkarlarımın olub-olmadığını bilmirəm, onunla maraqlanmadım. Yalan xəbərlərlə oxucu toplayırlar. Qoy yazsınlar, nə qədər çox yazsalar bu bizim üçün reklamdır.

- Həyat yoldaşınızdan ayrıldıqdan sonar yenidən efirdə fəaliyyətinizə davam etdiniz...

- Düzü, özümə söz vermişdim ki, televiziyada işləyəcəm, amma aparıcı kimi yox. Sonra gördüm ki, savadsızlar, işini bilməyənlər iki-üç günün içində efirə çıxıb aparıcı olmağa çalışırlar. Ondan sonra aparıcı kimi təkliflər gəldi və dəyərləndirdim. Mənimlə heç bir aparıcı rəqabət aparmır.

Bu gün gündəmdə olan aparıcılardan əvvəl televiziyada işləmişəm.

- Bayağı mahnıların efirdə nümayişinə münasibətiniz necədir?

- Efirdə bayağı mahnı verməlidirlər, çünki insanlar bayağı mahnı tələb edirlər. Amma mən verilişimdə bayağı mahnı təqdim etmirəm və bayağı mahnı ifa edənləri də çağırmıram. Reytinqə görə o tip mahnıların səslənməsinə şərait yaratmayacam.

- Şəxsi həyatını gizli saxlayan tanınmışlardan biri də sizsiniz. İkinci dəfə ailə qurmağı düşünürsünüz?

- Ailə qurmağı neynirəm… (Gülür). Həyatımda heç kim yoxdur və olmasını da istəmirəm. Kriteriyalarıma uyğun insan yoxdur.


Müəllif: Rəqsanə Həsənova