21 Yanvar 12:37
651

Dünyaca məşhur aktrisa Cennifer Eniston Ekran Aktyorları Gildiyasının (SAG) mükafatlandırma gecəsində iştirak edib.

Teleqraf.com xəbər verir ki, gecədə “The Morning Show”(Səhər şousu) serialındakı obrazına görə “Ən yaxşı qadın aktrisa” mükafatına layiq görülüb.

50 yaşlı aktrisa mükafatlandırma mərasimində ağ əlbisəsi ilə gündəm olub.

Belə ki, bədən cizgilərini göstərən geyimi ilə Cennifer Eniston hər kəsi təəccübləndirməyi bacarıb.

Mükafatlandırma gecəsində diqqət çəkən məqamlardan biri də aktrisanın keçmiş həyat yoldaşı Bred Pittin səhnə arxasında səmimi görüşü olub.

Gecədə Bred Pitt də mükafata layiq görülüb.


Müəllif: Rəqsanə Həsənova