Xalq artisti Röya Ayxan koronavirusla bağlı profilaktik tədbirlərlə əlaqədar təxirə salınan 4 günlük konsertinin yeni tarixlərini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, müğənninin Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan “Nazlı” adlı solo konserti 14, 15, 16 və 17 may tarixində olacaq.
Qeyd edək ki, Röyanın 6,7, 8 və 9 mart tarixlərinə planlaşdıırlan konsertlərinin hər birində 3 mindən çox tamaşaçının iştirakı gözlənilirdi.