29 Mart 2020 14:10
2 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aparıcı Firuzə Cəlilova sosial şəbəkədə paylaşımı ilə hər kəsi qorxudub.

Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkədə belə bir qeyd yazıb: "Kədərlənərək qeyd edəcəm ki, bu gün "Covid-19" testi etdirdim və pozitiv olduğu bildirildi. İndi artıq xəstəxanada karantin altındayam. Əlbəttə, çalışacam mümkün qədər tez-tez vəziyyətimlə bağlı narahat olanları məlumatlandırım. Bəlkə uzun bir müddət sizinlə bərabər ola bilməyəcəm. Mən özümü qoruya bilmədim. Siz qoruyun!" .

Şərhin sonunda "Belə bir paylaşım etməmək üçün #evdəqal" sözünü əlavə edən aparıcının fikirləri gözdən yayınıb.

Şəbəkə izləyiciləri aparıcının korinavirusa yoluxduğu qənaətinə gəliblər.

Bundan narahat olan aparıcı "Dostlar, virusa yoluxmamışam. Evdə ailəmlə sosial təcrid dövrünü yaşayıram. Dünən paylaşdığım status məhz hələ də bu virusun ciddiliyini anlamadan evdə qalmayan, axşamlar bir-birilərin evlərində toplaşanlara aiddir. Əgər evdə qalmasanız virusun geniş vüsət almasına şərait yaratmış olacaqsınız" deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova