31 Mart 2020 10:47
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış qarmon ifaçısı Xanlar Cəfərov dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, bu haqda İnstaqramda aparıcı Hacı Nuran məlumat verib.

"Mart ayı çıxsaydı...Hər gün acı xəbər və ölüm... Bu günü də acı xəbərlə açdım. Azərbaycan mədəniyyətində xüsusi yeri olan qarmon ifaçısı dünyasını dəyişdi. O qədər acı xəbər oldu ki, sanki uçmuş damın altındayam. Xanlar müəllim fitri istedad idi və qarmonu hər iki əli ilə çala bilirdi", - aparıcı qeyd edib.


Müəllif: Rəqsanə Həsənova