16 İyun 2020 13:50
2 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva şəxsi həyatı haqqındakı açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Fatimə Fətəliyeva "MTV Azərbaycan" kanalına açıqlamasında bu sözləri deyib:

"Əslində, sosial şəbəkədə həyat yoldaşımla bağlı paylaşım etmək istəyərəm! Çünki bu, insanlara maraqlıdır! 13 ildir ki, çox yaxşı ailəmiz var, amma mənim yoldaşım heç zaman görüntülənmək istəməyib. O demək deyil ki, kimdənsə qorxur və ya nə isə! Rəylərdə bəzən yazılır axı, iraq-iraq, demək bunun başqa yərdə ailəsi var. Buna görə çəkinir! Kimdənsə qorxacağı yoxdur.

Normal ailəyik. Sadəcə olaraq bu insan deyir ki, mən şou-biznes adamı deyiləm, bayırda gəzəndə istəmirəm desinlər ki, Fatimənin həyat yoldaşı gedir. Niyə?! Heç kimə də nəyisə sübut etmək istəmirəm. Bütün ətrafım bilir! Bunu etməklə gülünc görünə bilmərəm! Mənə qadağa qoyanda çox pis oluram. Amma etiraf edim ki, qadağalar var. Elə şeylər var ki, mən gülə-gülə deyirəm ki, yaxşı. Amma vaxt keçir yenə də öz istədiyimi öz bildiyim kimi edirəm!".

Qeyd edək ki, Fatimə Fətəliyeva ikinci dəfə ailə qurub. Rəqqasənin ilk nigandan bir qızı, ikinci evliliyindən isə bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova