16 Aprel 2021 11:47
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada toy mərasimlərinin birində iştirak edən Aşıq Mübariz Camaloğlu tənqidlərə reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, Mübariz Camaloğlu İnstaqramda canlı yayım açaraq ünvanına yazılan sözlərə cavab verib: "Mən və pəhləvanın daşı bəzi şərəfsizlərin başına düşüb. Burada nə böyük qəbahət var ki, bu qədər şişirdirlər?.. Mənə xoşagəlməz söz yazanalara min dəfə ayıb olsun. Cəsarətiniz çatır, üzümə deyin. O kişilik sizdə ola bilməz. Hamı bilir ki, Mübariz necə insandır".

Qeyd edək ki, Mübariz Camaloğlu Rusiyada toy mərasimlərinin birində pəhləvan tərəfindən stulda qaldıralaraq oturan şəkildə saz ifa etməsi tənqidlərə məruz qalıb.


Müəllif: Rəqsanə Həsənova