Vəkil Emin Kiçikbəyov müğənni Dəniz Əsədovanın pul mənimsənilməsi barədə fikirlərinə münasibət bildirib.
Vəkil Teleqraf.com-a açıqlamasında Dəniz Əsədovanın ittihamları ilə razılaşmadığını vurğulayıb: "Hazırda qanunvericilik çərçivəsində Binəqədi rayon Məhkəməsində araşdırma gedir. Məhkəmə yekunlaşmadan tərəflər onun gedişatı haqqında məlumat verə bilməz. Dəniz Əsədova haqqında iki dəfə xüsusi ittiham, bir dəfə də dələduzluqla bağlı məhkəmə olub. Belə çıxır ki, hamı pisdir?! Onun barəsində neçə nəfər məhkəməyə müraciət edib, barəsində araşdırma gedir".
Qeyd edək ki, bir nəfər vətəndaş müğənni barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət edib. Həmin şikayət üzrə məhkəmə prosesi davam edir. Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir. Üç nəfərdən biri vəkil Emin Kiçikbəyovdur.
Dəniz Əsədova ittihamla razılaşmır.
Hər üç şəxsin müraciətinə Binəqədi rayon Məhkəməsində baxılacaq.