7 Dekabr 11:25
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Mərkəzində "Glovent.az" şirkətinin təşkilatçılığı ilə xalq artisti Alim Qasımov və Cenk Erdoğanın "Ruhların dilə gəlməsi" adlı konserti baş tutub.

Teleqraf.com xəbər verir ki, Alim Qasımov anşlaqla keçən konsert proqramında muğam dəstgahları, təsniflər, xalq və bəstəkar mahnılarını səsləndirib

Xalq artisti konsertdə qızı xanəndə Fərqanə Qasımovanı 30 illik səhnə fəaliyyəti ilə bağlı təbrik edib. O, qızını səhnəyə dəvət edərək 30 il öncə dekabrın 6-sı tarixində Fransanın Kann şəhərində konsert verdiyini xatırladıb: "Kağızda fransızca "qızım səhnəyə gəlsin" deyə yazmışdım, onu dedim, Fərqanə gəldi və konsert coşdu. 30 il sonra eyni tarixdə qızımı səhnəyə dəvət edirəm".

Alim Qasımov Fərqanə Qasımova ilə birgə duet ifa ediblər.

Konsertdə Qremmi mükafatı laureatı Cenk Ərdoğan da əsərlərini səsləndirib.

Türkiyəli musiqiçi uzun zamandır muğama aşiq musiqi adamı kimi Alim Qasımovla eyni səhnəni paylaşmağın onun üçün fəxr olduğunu deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər