"Məndən Binəqədi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət edən şəxs vəkil Emin Kiçikbəyovdur".
Bu sözləri Teleqraf.com-a açıqlamasında müğənni Dəniz Əsədova deyib:
"Bir il əvvəl Emin Kiçikbəyovdan Daxili İşlər Nazirliyinə şikayət etmişdim ki, o, mənim 10 min manat pulumu mənimsəyib. Kiçikbəyov mənimlə müqavilə bağlayaraq bildirmişdi ki, vəzifəli şəxslərin vasitəsiylə sizin məhkəmədə zərəçəkmiş kimi tanınmağınızı təşkil edəcəyik.
Bildirim ki, Kəlbəcər rayon mərkəzi xəstəxanasının sabiq baş həkimi Mehparə Kazımova ilə məhkəmədə mən hələ də şahid kimi qalmışam, zərəçəkmiş deyiləm. Baş Prokurorluğun ədalətli qərarına inanıram. Bu günə qədər nə Emin Kiçikbəyov, nə 79 min 500 manatımı mənimsəyən Ceyhun Yusifov, nə də Asim Abbasov mənə hüquqi yardım göstərməyiblər.
Həmin şəxslərə bildirmişəm ki, mənə hüquqi yardım göstərin, vəsatət qaldırın, şikayət ərizəsi verin. Mənim onsuz da sübutlarım var və rəsmi olaraq zərərçəkmiş qismində tanınacam. Bu şəxslər isə işə baxmayıblar, Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vəsatət verilməyib. Hər dəfə gecələr yuxusuz qalıb şikayət ərzisələri yazmışam.
Mən zərərçəkmiş müğənniyəm. Mənim haqqım niyə pozulur?! Vəkil Emin Kiçikbəyov məndən pul almayıbsa, Bakı şəhər Baş Polis İdarəsində müvafiq qərar çıxarılardı. Amma heç bir qərar qəbul edilməyib. Material Baş Prokurorluğa təqdim edilib ki, cinayət işi başlanılsın.
Mən birinci məhkəmə prosesində əməliyyat edildiyimi bildirdim, ikinci məhkəmə prosesində isə məndən arayış təqdim etməyimi xahiş etdilər. Mən də arayış verdim. Bildirildi ki, haqqınızda məcburi gətirilmə qərarı verilib. Deyirəmi, axı, mən Binəqədi Rayon Polis İdarəsidə olmuşam. Mənə sms gəlməyib. Üç il əvvəl istifadə etdiyim köhnə nömrəmə məhkəmənin qərarını göndəriblər, bu isə mənə çatamayıb. Mən məhkəmə haqqında hardan məlumat əldə edim?!
Qərar verilir ki, haqqında axtarış elan edilsin. Mənim günüm səhnədə yox, hüquq-mühafizə orqanlarında keçir. Mən hara qaçacam?!"
Qeyd edək ki, bir nəfər vətəndaş müğənni barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət edib. Həmin şikayət üzrə məhkəmə prosesi davam edir.Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir. Şikayətçilər Dəniz Əsədovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edir.
Dəniz Əsədova ittihamla razılşamır.
Hər üç şəxsin müraciətinə hazırda Binəqədi rayon Məhkəməsində baxılacaq.