23 Aprel 2021 14:47
2 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mətanət Əsədova Azad Azərbaycan televiziyasında qonaq olub.

Teleqraf.com xəbər verir ki, Mətanət Əsədova şəxsi həyatı haqqında danışıb.

"Bir evin xanımı olmalıyam, elə-belə həyat keçirmək istəmirəm. Mənim həyatım çox çətindir. Həyatımı heç kimə arzulamıram. O qədər tənhayam ki, hər gecə ölürəm. Həyatdır, bununla barışmalıyam. Bu, mənim qismətimdir. Məktəb illərindən sonra xoşbəxtlik yaşamamışam. Məzar daşıma yazdırardım ki, dincəlməyə getdi", - deyə o bildirib.

Müğənni ailə qurmaq istəyini də dilə gətirib: "Ağ atlı oğlan gözləmirəm. Ailə qurmaq mənim üçün problem deyil. Sadəcə mən istəyən kimi bir insan yoxdur. Ailə quracağım insan yaşıma, xasiyyətimə, xarakterimə uyğun olmalıdır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər