Şairə Nazilə Səfərli "ATV maqazin onlarla" verilişində müğənni Xumar Qədimova haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Nazilə Səfərli Xumar Qədimova haqqında gözlənilməz açıqlama verib:
"Xumar Qədimova Gürcüstana getmişdi. Özümü ev sahibi kimi aparırdım, nə qulluq edim və s. O da sağ olsun, məni mədəni yola verdi. "Qırmızı Körpü"yə çatanda gördüm ki, onun avtomobili də oradadır. Yenə yaxınlaşıb, hal-əhvalını soruşdum. Sərhəddi keçən kimi "Duty free" mağazına getdim. Onlar da orada idilər və məni görmədilər. Aşıq Solmaz da mənimlə birlikdə idi. Sürcüsü Xumar Qədimovaya dedi ki, bunlar bizim arxamızca buraya girdilər?! O da dedi ki, sənə bayaqdan deyirəm ki, bunlar bizim arxamızca gəzirlər. Bu sözləri eşidəndə tarımar oldum. Sevginin cavabı budurmu? Yəni onlar "Duty free"yə girəndilər, mənə görə gəliblər. Onu uzun illər bağışlaya bilmirdim, amma bundan xəbəri yox idi. Mənim ola bilər ki, zamanında paltarım beş şirvan olub, amma üz kremim 350-500 dollar olub".