Əməkdar artist Mətanət İsgəndərlininin oğlu Kərimin həyat yoldaşı Canananın bu günkü məhkəməsi təxirə salınıb.
Canana Teleqraf.com-a açıqlamasında deyib ki, məhkəmənin tarixi sentyabrın 10-dək uzadılıb:
"Məhkəmə bu gün baş tutmalı idi, amma yenə də uzatdılar. Bilmirəm niyə belə edirlər, hər dəfə bir tarixə uzadılır".
Qeyd edək ki, Kərim ilə Cananın üç övladı var. İyulda baş tutan məhkəmənin qərarına əsasən Cananadan övladları alınıb.