29 Sentyabr 2021 12:09
2 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ayan Babakişiyeva MTV Azərbaycan kanalında yayımlanan “Üzə-düz” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Ayan Babakişiyeva qızı Selenadan danışıb: “Çalışdım ki, Selena sevgi ilə böyüsün, heç bir boşluğu hiss etməsin. Çox mərhəmətli uşaqdır. Nə xoş mənə ki, belə mərhəmətli övladım var. O, sevgi övladı olaraq doğuldu. İkinci dəfə nikah barədə qəti fikrim yoxdur. Bu qismət və alın yazısıdır. Gözləmədiyin anda elə bir hadisə baş verə bilər ki, sən "yox" deyə bilməzsən.

Vallah, mən seçici deyiləm. Bugünkü boşanma statistikasına baxanda görürük ki, çoxu valideyn təsiri altına düşür. Amma hər şey maddi məsələlərə gəlib dayanır. Deyirlər, soğan-çörək yeyin, amma rahatlığınız olsun. Rahatlıq soğan, çörəkdə deyil. Bir az realist olun, mən sizin ürəyinizdən keçənləri deyirəm, sonra siz məni qınayırsınız. Qadının da tələbləri, kişinin də psixoloji gərgin anları olur".

Müğənni valideynlərindən də danışıb: “Atamı səkkiz yaşımda itirmişəm. O, avtomobil qəzasında dünyasını dəyişdi. Hər kəs valideyn ola bilmir. Atam haqqında çox danışmaq istəmirəm. Anam atamın yoxluğunu hiss etdirməyib. Atasız böyüsəm də, mənim özüm ayaq üstə dayana bilirəm, ağlım, iradəm yerindədir. Kim məni pis yola çəkə bilər? Heç kim! İnsanın öz qabında olmalıdır. Anam mənə o qədər dəstək olub ki, ataya ehtiyac duymuram!”.

Ayan Babakişiyeva həmkarı Nadir Qafarzadə ilə bir müddət əvvəl yayılan səmimi görüntülərinə də münasibət bildirib:

“Bir insandan soruşurlar, necəsən? Deyir, kiminə görə yaxşıyam, kiminə görə pisəm. Kiminə görə gözəl və ya çirkinəm. Kimi üçün vicdanlı və ya vicdansızam. Məni necə görmək istəyirsinizsə, eləyəm. O, insanların fikri mənə önəmli deyil. Bir insanın xarakteri necədirsə, onun həyata baxışı da elədir. Mən onu dəyişə bilmərəm. Pis insanlar mələyi də şeytan görürlər. Onların fikrini dəyişməyə nə həvəsim, nə də vaxtım var!

Bu, şou dünyasıdır və burda hər şey baş verir. Hər kəsin özəl həyatı var. Mən özümü tanıyıram. Mənə bu yetər!”

İfaçı biznesinin pandemiyada iflasa uğradını deyib: “Pandemiyada biznesim batdı, Gəncədəki gəlinlik mağazam bağlandı. Ora müəyyən qədər sərmayə yatırmışdım. Olsun, qismət bu imiş, nə edim?!"

Müğənni ailə qurmasından da danışıb: “Həmişə demişəm ki, həyatımda olan insan məndən on qat güclü olmalıdır. Hiss etməliyəm ki, mənim həyatımda əsl kişi var. Zaman var idi ki, özəl həyatımdan ağız dolusu danışırdım, indi susacam. Bu mənim şəxsi həyatımdır. Hər zaman sevilən qadın olmuşam”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər