30 Noyabr 2021 17:29
1 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liatris Holding”in rəhbəri, tanınmış iş xanımı Ruhi Əliyeva "Lalə" qızlar ansamblının keçmiş solisti Elmira Əliyeva üçün Mədəniyyət Nazirliyinə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Ruhi Əliyeva bu haqda şəxsi İnstaqram səhifəsində məlumat yayıb:

"Sənətkarımızın yaşadıqları məni çox təsirləndirdi. Dəyərli mədəniyyət nazirimiz Anar Kərimova müraciət edərək Elmira Əliyevaya yardım edilməsini, ona xəstliklə mübarizəsində dəstək göstərilməsini rica edirəm. Ümid edirəm ki, Azərbaycanın sərvəti olan sənət adamlarını hər zaman diqqətində saxlayan Anar müəllim və rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Elmira xanımın da yanında olacaq, ona mənəvi dəstəyini əsirgəməyəcək".

Qeyd edək ki, Elmira Əliyeva ürək çatışmazlığından əziyyət çəkir. O, ötən gün xəstəxanadan evə buraxılıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər