Türkiyəli məşhur müğənni Ajda Pekkan şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, 76 yaşlı ulduz xəyanətə uğradığını etiraf edib:
"Həyatımda heç kim yoxdur. Təəssüf ki, bu məsələdə uğurlu deyiləm, səhv insanları seçirəm. Bəzi qadınlar deyirlər ki, xəyanətə uğramadım, uğramaram da. Amma mən etiraf edirəm ki, aldadılmışam".