3 Fevral 2022 17:37
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Zeynən Xanlarova cəmiyyətdə qızların erkən yaşda evləndirilməsinə qarşı çıxıb.

Teleqraf.com xəbər verir ki, Zeynəb Xanlarovanın İnstaqram səhifəsində bu sözlər qeyd edilib:

"Əziz xalqım, uşaqlarımızı təhsilə yönəldin. Xüsusilə, qız uşaqlarının təhsil almasına, onların öz ayaqları üzərində durmasında dəstək olun, qayğı göstərin. Qız uşaqlarının təhsil alması daha önəmlidir. Bir qadının təhsil alması bir ailənin təhsilli olması deməkdir ki, cəmiyyət də ailələr üzərində qurulur.

Bu yaxınlarda Xoşqədəm Hidayətqızının verilişində olan hadisə, Əfsanənin başına gələnlər və törətdiyi faciələr məni çox sarsıtdı. Bunun əsas səbəbi valideylərdir. Qız uşağını körpə yaşda evliliyə məcbur etmək olmaz. Erkən yaşda evlilikdən isə qızlarımız oxumağa meyl göstərsinlər".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər