23 Noyabr 2014 16:17
1 730

Amerikalı aktrisa və müğənni Skarrlett Yohanssonun 30 yaşı tamam olub.

Teleqraf.com Türkiyə mətbuatına xəbər verir ki, o, 1984-cü ildə Nyu-Yorkda dünyaya gəlib.


Dəfələrlə müxtəlif təşkilatlar və media qurumları tərəfindən "ən cazibədar" aktrisa seçilən Skarlet "Calvin Klein" şirkətinin "Eternity moment" ətirinin reklam simasıdır. O, 22 yaşında "L`Oreal" şirkəti ilə də müqavilə imzalayıb.


Aktrisa Bob Dilan və Castin Timberleyk kimi ifaçıların kliplərində çəkilib. 28 may 2008-ci ildə Skarlett Yohansson özünün "Anywhere i Lay My Head" albomunda vokalçı kimi debüt etdi. İnsanların bir partnyorla qalmaq məcburiyyətində olmadığını hesab edən Yohansson, mətbuata şəxsi həyatı ilə bağlı açıqlamalar vermir.

Aktrisa Jared Leto və özündən 17 yaş böyük Benisio Del Toro ilə böyük əks-səda doğuran roman yaşayıb. Skarlett "Qara səhləb çiçəyi" filminin çəkilişlərində tanış olduğu aktyor Coş Hartnettlə də görüşüb və 2006-cı ilin sonunda onlar ayrılıblar.

Mark Uolberq və Castin Timberleyklə də eşq yaşamış aktrisa 2008-ci ildə Rayan Reynoldsla nişanlandığını elan etdi və qısa müddətli olsa da, onlar ailə qurdular.

Aktrisa fransız jurnalist Roman Dauriakla ailə qurub.

Cütlüyün Rouz adlı bir qızı da var. Nikahla bağlı nə aktrisa, nə də jurnalist tərəfindən heç bir şərh verilməyib.

Teleqraf.com aktrisanın fotolarını təqdim edir :

Rüstəm


Müəllif:
Загрузка...