19 İyul 2022 14:19
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elnur Kərimov xalq artisti Naibə Allahverdiyeva ilə qalmaqal yaşayan aktyor Cavidan Novruza dəstək olub.

Teleqraf.com xəbər verir ki, Elnur Kərimov feysbukda "Komedixana" verilişini sərt tənqid edən Naibə Allahverdiyevaya qarşı çıxıb.

"Komedixana"ya və yaxud orda iştirak edən istedadlı insanlara niyə dəstək olmaq istəmirsiniz!? Hər zaman baltalamaq olar, amma dəstək olmaq və stimul vermək yalnız peşəkarlara aid olan xüsusiyyətdir. Unutmayın ki, 26 iyun Silahlı Qüvvələr günü hərbçilərin qarşısında böyük və maraqlı çıxış etdilər. Vətən müharibəsində mütəmadi olaraq ön cəbhəyə yardım etdilər. Çox sağ ol dediniz!? Ən azından vaxt ayırıb, canlı izləyib fikir bildirsəniz daha maraqlı olar. Cəmiyyətin düşüncə formasını yaxşıya doğru dəyişməyə çalışırlar. Oxumaq, cəmiyyət içində özünü idarə, mədəni olmağı gələn tamaşıçlara komediya janrında çatdırırlar. Uğurlar dostlar!

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova isə Elnur Kərimovun paylaşımının şərh bölümünə bu sözləri yazıb: "Ənvəri həm ssenarist, həm aktyor, həm tərəf müqabili və həm də insan kimi dəyərləndirirəm. Çox zəhmətkeş və məsuliyyətlidir. "Komedixana"da çıxış edən əksər aktyorlarımızla da tərəf müqabili olmuşam və hər kəsin ayrı-ayrılıqda işinə qarşı ciddi münasibətinin şahidi olmuşam. Janr olaraq komediya mürəkkəb və çətin janrdır. Öhdəsindən bacarıqla gəlirlər. Gündəmin də nəbzini tutan mövzulara müraciət edirlər".

Qeyd edək ki, Naibə Allahverdiya komediya verilişləri ilə bağlı “Məni televiziyalara dəvət etsələr də getmirəm. Çünki bəzi insanlarla bir efirdə olmaq istəmirəm. Onların tamaşaçılara xeyri nədir ki? Gəncliyə faydası olan, onları düşündürən heç nə yoxdur. Əvvəllər hər şey fərqli idi", - deyə bildirib

Aktyor Cavidan Novruz isə aktrisanın ünvanına sərt sözlər deyib: "Vallah “Komedixana” nə qədər bu sənətdə olan adamların gözünə girir? Fikir verirəm ki, cavanlıqda teatrda və kinoda uğur qazanmayanlar indi bizə söz atır.

İndi də “Tomka maçi” sözləri ilə məşhurlaşan sənətkar nəsə deyir. Eybi yox, onun nəsə deməsi elə də təsir etmədi, amma bunu da deyim: Çox ucuzsunuz, çox!

Bu cür iradları Sənubər İsgəndərli, Zemfira Əbdülsəmədova, Səidə Quliyeva, Mehriban Zəki və başqa bu kimi sənətkarlar desəydi sakit susub, üzərimdə işləyərdim. Bu insanlar səhnədə sakit duruşu ilə sözün əsl mənasında sənətkar adını qazanan sənətkardırlar, "Tomka maçi" yox da. Barmaqla saysaq, bir uğurlu obrazı yoxdur. Axı, sən kimə bu sözləri deyirsən!? Xanımsan, xanımlığını et. Sənətdə olan insansan. Ən azından hər şeyi kənara qoyaq, atamı tanıyırsan. Vallah, çox ucuzsunuz! Heç cürə yaşınızla, uğursuzluğunuzla barışa bilmədiniz. Müdrikləşə bilmədiniz. Çox təəssüf. Bunları ümumi dedim".


Müəllif: Rəqsanə Həsənova