25 Avqust 2022 19:13
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün məşhur müğənni İbrahim Tatlısəs Bodrumda yol qəzası keçirib.

Teleqraf.com xəbər verir ki, hazırda klinikada olan müğənni sosial mediadan vəziyyətinin normal olduğunu bildirib.

“Mənimlə maraqlanan hər kəsdən Allah razı olsun. Axşam restoranda görüşərik. Sizləri sevirəm" - deyə müğənni bildirib.

Qeyd edək ki, İbrahim Tatlısəs avtomobildən xilasedicilərin köməyi ilə çıxarılıb.


Müəllif: Pərvin Cəfərova