10 Yanvar 2023 14:12
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Keçən ilin bu günü küvəzə düşdüyü üçün gec paylaşmışdım. Özümü günahlandırmışdım. Çox qarışıq, beynim əsəb, stresdən pozulduğu bir vaxtda gəldin. Nə yaxşı ki, Allah buna icazə verdi. Məni günahdan çəkindirdi".

Teleqraf.com xəbər verir ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli İnstaqramda kiçik yaşlı oğlunun doğum gününü təbrik edərkən yazıb:

"Yaxşı ki, varımsan. Sən ananın günəşisən. Çünki həyatıma yenidən işıq, nur gətirdin. Qapanmış gözlərimi açdın. Əslində, əyilməz və heç kimin köləsi olmayacaq qədər güclü bir anan olduğunu xatırlatdın. Rəsulum, bir yaşın mübarək! Allah səni qorusun".

Qeyd edək ki, Ülviyyə Xəlilbəyli aktyor Murad İsmayılovla evlidir.


Müəllif: Rəqsanə Həsənova