Oxşar xəbərlər
Reper Elşad Xose həyat yoldaşı Lətifə ilə xalq artisti Aygün Kazımovanın doğum gününə gedib.
Elşad Xose Teleqraf.com-a açıqlamasında sosial xarakterli verilişinin yaxın günlərdə yayımlanacağını da deyib:
"Verilişimə hazırlaşıram. Martda yutubda yayımlanacaq. Televiziyadan yaxşı pul təklif edilsə, orda yayımlanmasına razı olaram. Verilişimdə çox fikirləşməyib danışacağıq. Bütün mövzulara toxunacağıq, senzurasız, qadağasız... Demirəm ki, söyüşlə, ağzımıza gələni danışacağıq. Amma televiziyada olan məhdudiyyətlər olmayacaq".