28 Yanvar 2023 13:29
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan Bakı Konqres Mərkəzində konsert proqramı zamanı etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan konsertdə keçmiş həyat yoldaşı, iş adamı Anar Cəlilov haqqında danışıb: "Bir dəfə ağ gəlinlik geyindim, mənə düşmədi. Bu dəfə isə qara gəlinlik geyinmək istəyirəm, bəlkə apardılar. Xalqın qızları var, orası var, burası yoxdur, şeyxlə evlənirlər. Bir biznesmen tapıb, ərə getdim, onun da evini yıxdılar. Qır-qızıl qalmadı satım verim, qutarım özümü. Güclə...

Yeganə qadınam ki, döyülməmiş boşanmışam. Bax bunu sizə deyirəm. Yeganə adamam ki, söz eşitmədən boşanmışam. Boşanma kağızına yazmışam ki, salamat qal. Özümə yox, amma ona güvənirdim".

Qeyd edək ki, Röya Ayxanın Anar Cəlilov ilə nikahından Hüseyn adlı oğlu var.


Müəllif: Rəqsanə Həsənova