16 Yanvar 2015 12:34
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Mərdəkan rayonunda yerləşən 3 nömrəli internat məktəbində, kimsəsiz və qüsurlu uşaqlar üçün konsert proqramı həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, keçən həftə, tədbirin təşkilatçısı “Moonlight” productionun rəhbəri Ceyhun Rzayev olub. Kimsəsiz uşaqları sevinməsi üçün təşkil olunan konsertə Əməkdar artist Səlim Abbasov, Sevinc Musayeva, Samira, Nara, Zahidə Günəş, Afət Fərmanqızı iştirak edib. Konsertə gələcəyini söz verən Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva isə sözünün üstündə durmayaraq, tədbirə gəlməyib.


Əməkdar artist Səlim Abbasov: “Belə tədbirlərə gəlmək bizim borcumuzdur. Çünki bu xeyriyyə işidir, nə vaxt harda olsam, bütün işlərimi ləğv edib belə tədbirlərə gəlirəm. Onların sevinməyə, xoşbəxt olmağa haqqı var. Bu gün müğənni ancaq cibini, toyunu düşünməməlidir, həm də xeyriyə tədbirlərinə qatılmalıdır.”


Gənc müğənni Sevinc Musayeva: “ Onlar bizi görəndə gözlərində sevinc olur, oynayırlar, gülürlər. Bu həyatda bir saniyə belə kimsəsi uşağı sevindirməyin o dünyada böyük savabı var. Daima deyirlər ki, uşağını atan valideyn günahlıdır, ancaq düşünürəm ki belə deyil. Ola bilər ki, 30-40 faiz sadəcə kefi istədiyindən övladını atsın, amma qalanları hamısı məcburiyyət qarşısında qalır. Mən hər kəsi belə işlərdə fəal olmağa çağırıram.”

Rüstəm


Müəllif: