13 Noyabr 2023 16:01
2 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) döyülməsi ilə bağlı yayılan xəbərlərə reaksiya göstərib.

Aşıq Namiq Fərhadoğlu Teleqraf.com-a açıqlamasında hadisənin səbəbini danışıb: “Hadisə üç gün əvvəl baş verib. “Dədə Qorqud” gölündə hərəkət edirdim. Qarşımdan iki xanım keçirdi, birinin 60-65 yaşı olardı. Mənə dedilər ki, "Aşıq Namiq". Mən isə telefonla dostumla danışırdım. Sonra bir oğlan mənə yaxınlaşdı ki, sən anama söyüş söymüsən.

Ona cavab verdim ki, get işinlə məşğul ol, mən telefonla dostumla danışırdım. Heç kimə söyüş söyməmişəm, yalan danışma. Parkda kamera var, get araşdır ki, qeyri-etik ifadə işlətmişəm?

Mənə əl-qol hərəkəti atmağa və küçə söyüşləri deməyə başladı. Telefonum əlimdən düşdü, ekranı çat verdi. Mənə dedilər ki, bu şəxsə fikir verməyin, narkomandır, anormal adamdır. Beləliklə, parkda bir neçə nəfər bizi ayırdı. Həmin şəxs cibindən vəsiqə çıxardı və polis işçisi olduğunu bildirdi. Sonra yenə söyüş söyməyə başladı. Ona dedim ki, xanımlar getsinlər, gəlin təkbətək söhbət edək və məsələmizi həll edək.

Gördüm, əl çəkmir, məni təhqir edir. Anası isə telefonla bizi çəkirdi və söyüş söyürdülər. Məqsədləri bu idi ki, onları döyüm. Dedim ki, xanım telefonu söndür, sənin çəkiliş etməyə ixtiyarın yoxdur. Dava zamanı mənə əl-qol atdı, boyunbağım sındı. Məndən əvvəl evə 15 dəqiqə idi gəlmişdim ki, polisə şikayət etdilər. Guya mən qadına demişəm ki, “qoca arvadsan, parkda nə gəzirsən”. Eləcə də qadın yalandan deyib ki, Namiq məni döyüb, telefonumu sındırıb.

Yalandan telefonunun iPhone 14 Pro Max olduğunu deyib. Sonra başqa telefon gətirdi. Gördüm ki, yalan danışır, ona dedim ki, bir daha sübut edirsən ki, mənə böhtan atırsan. Qadın dedi ki, telefonumu təmir elətdir. Polis dedi ki, barışın. Cavab verdim ki, mənim boyunbağımı sındırdılar, telefonum ekranı çat verdi, mənə 500-600 manat dəyərində maddi zərər verdilər. Bu nə olacaq?

Sonra ekspertizaya getdim. Əlim əzilib, mənə söyüş söyüblər, təhqir ediblər. Qadının oğlu da polis bölməsində məndən üzr istədi. Mənə bildirdilər ki, sən də üzr istə, məsələ bitsin. Cavab verdim ki, üzr istəmirəm, telefon vasitəsilə çəkilən videonu silsinlər. Onlar da mənim telefonumu düzəltsinlər.

Qadın dedi ki, telefon mağazasına gedərək telefonunun qiymətini öyrənəcək və qiymətini mənə deyəcək. Beləliklə, onlar məni şərləyib 3000 min manat pul almaq istəyirdilər. Yalandan isə deyirlər ki, Namiq döyülüb. Ötən gün və srağa gün toy mərasimlərində idim”.

Qeyd edək ki, hadisə Nəsimi rayonunda yerləşən Zabitlər parkında baş verib. Aşıq Namiqin parkda gəzən qadına söz atdığl iddia edilib və nəticədə qadının oğlu tərəfindən döyüldüyü qeyd edilib.

Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər