21 Yanvar 2015 09:56
1 882

Bakıda təqdimatı baş tutmuş “Qanlı yanvar” filmi haqqında Türkiyədə mətbuatında yazılıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qardaş ölkədə Vahid Mustafayevin ekranlaşdırdığı “Qanlı yanvar” filmi haqqında yazılıb.

Nəbahət Çehrə və tanınmış Hollivud aktyoru Lane Davies birlikdə iştirak etdiyi vurğulanıb:

“Nəbahət Çehrə uzun fasilədən sonra Azərbaycanda filmə çəkilib. O, Hollywood ulduzu Lane Davieslə kamera qarşısına keçib. “Santa Barbara” serial ilə tanınan Lane Davies filmdə bir jurnalisti canlandırıb. Çehrə isə iki uşağı olan bir ananı oynayıb”.

Rüstəm


Müəllif: