İnfluenser Asya Aslanova süni nəfəs aparatından ayrılıb.
Bu haqda Teleqraf.com-a bloger Ramal İsayev məlumat verib: "Asyanın vəziyyəti stabildir. Süni nəfəs aparatından ayrılıb. Şükür Allaha, səhhəti yaxşılığa doğru gedir. Amma hələ də reanimasiyadadır, palataya çıxarılmayıb".
Qeyd edək ki, bir neçə gün öncə ağıl dişini sedativ yolla çəkdirən Asya Aslanovanın bədəninə infeksiya düşüb və vəziyyəti ağırlaşıb.