9 Yanvar 14:58
18 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Zaur Baxşəliyev ATV kanalında fəaliyyətinə son qoyub xarici ölkəyə köçəcəyi haqqında yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Zaur Baxşəliyev aparıcısı olduğu "Bizimləsən" verilişində bu sözləri deyib:

"Haqqımızda hər gün nəsə yazırlar. Gah verilişimi açırlar, gah bağlayırlar, gah xaricə göndərirlər, yenidən Azərbaycana qaytarırlar. Hava limanında tıxaca salırlar. Özləri müsahibə verirlər, özləri cavablandırırlar. Çox qəribə bir ab-havanın içindəyik. Olsun. Buradan hamıya keçmiş olsun deyirəm".

Qeyd edək ki, Zaur Baxşəliyev ATV-də "Zaurla günaydın" və "Bizimləsən" verilişinin aparıcısıdır.


Müəllif: Rəqsanə Həsənova