18 Mart 11:17
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Namiq Məna oğlu, müğənni Məna Əliyevin səhhətində problem yaranması haqqında yayılan xəbərlərə münasibət bildirib.

Namiq Məna Teleqraf.com-a açıqlamasında Məna Əliyevin səhhətində hər hansı problem olmadığını bildirib: “Hər şey qaydasındadır. Oğlum burun əməliyyatı keçirib. Artıq xəstəxanadan çıxıb”.

Xatırladaq ki, Məna Əliyev sosial media hesabında xəstəxanadan video paylaşaraq “Növbəti açılan yara, həyat davam etmək istəyir”,-deyə vurğulayıb.

Qeyd edək ki, meyxanaçı bir müddət əvvəl Mənanın beynində xoşxassəli şiş aşkarlandığını açıqlamışdı.


Müəllif: Rəqsanə Həsənova