28 Fevral 15:34
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairə Nazilə Səfərli rəqqasə Fatimə Fətəliyeva ilə məhkəmə prosesindən danışıb.

Teleqraf.com xəbər verir ki, Fatimə Fətəliyeva "Xəzər axşamı" verilişində bu sözləri deyib: "Fatimə Fətəliyevaya cavab verməyə ehtiyacım yoxdur. Onun cavabını qanun verib. Bir insanın cavabını qanun verirsə, özümü niyə əsəbləşdirim?! Vəkili niyə tuturdum? Niyə məhkəməyə müraciət edirdim?! Mən məhkəmədə qalib gəlmişəm. Nə qədər təzminat ödəyəcək, bunu qanun bilər".

Qeyd edək ki, Fatimə Fətəliyeva sosial şəbəkənin canlı yayımında “Mənim ailəm, oğlum, qızım, yoldaşım, nəslim var. Ona görə də Nazilə Səfərli, ağzını yum, otur yerində. Yadına sal ki, neçə il əvvəl gəlmisən mağazama, ərəb rəqsi üçün paltar götürmüsən. Hara getmisən, kim üçün ərəb rəqsi oynamısan, yadına sal. Mən ərəb rəqsi oynayıb ailəmi saxlayıb, uşaq böyütmüşəm”, - sözləri onların arasında qalmaqala səbəb olub.


Müəllif: Rəqsanə Həsənova