9 Mart 16:00
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum əməkdar artist Aygün Bəylərin qızı Canan Hümmətova "Xəzər Axşamı" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Canan Hümmətova arzularını dilə gətirib:

"Uşaqlıqdan arzularım çox olub, müəllim olmaq istəmişəm. Sonra fikrimi dəyişərək musiqiçi olmaq istədim. İndi isə rəssam olmağı düşünürəm. İki il Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxumuşam. Sonra gördüm ki, musiqi sahəsi mənlik deyil. Fikirləşdim və anama dedim ki, mən musiqi sahəsini istəmirəm. Niyə məni məcbur göndərirsən. Anamın axırıncı dəfə mənə öyrətdiyi mahnı "Özün günahkarsan" olub. Anam deyirdi ki, çox yaxşı rəsm əsəri çəkirsən. Kaş ki, mən də belə rəsm əsəri çəkə bilsəydim. Anam çox vaxt evdə mahnı oxuyurdu, oynayırdı. Mənə musiqiləri başa salırdı və istəyirdi ki, bu sahə ilə məşğul olum. Ona görə məni Bülbül adına orta ixtisas Musiqi Məktəbinə qoymuşdu".


Müəllif: Rəqsanə Həsənova