12 Mart 16:50
4 752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Tacir Şahmalıoğlu ATV kanalında şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Tacir Şahmalıoğlu bu sözləri deyib:

"Mən ikinci dəfə ailə qurmuşan. İlk evlilikdən övladım yoxdur, altı-yeddi aydan sonra həyat yoldaşımdan ayrıldım. Əslində, səhv addım atmışdım. Düşünmədən, böyüyümün sözünə baxmadan hərəkət etmişdim. Evliliyim alınmadı. Gördüm ata-ana xeyir-duası olmadan xoşbəxt olmaq qeyri-mümkündür... Bunu yaşadım, gördüm. İkinci nikahım isə 29 yaşımda baş tutdu".

Qeyd edək ki, Tacir Şahmalıoğlu Kəmalə adlı xanımla ailəlidir. Onların iki övladı var.


Müəllif: Rəqsanə Həsənova