13 Mart 13:05
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı "Avroviziya 2024" Beynəlxalq Mahnı Müsabiqəsində Fahree (Fəxri İsmayıl) təmsil edəcək.

Teleqraf.com xəbər verir ki, Fahree səhnəni müğənni İlkin Dövlətovla bölüşəcək. İlkin Dövlətov mahnının muğam hissəsini ifa edəcək.

O, sosial media hesabında "Avropa, gözlə, muğam gəlir", - deyə yazıb.

Qeyd edək ki, "Avroviziya 2024" İsveçin Malmö şəhərində baş tutacaq. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq.

Azərbaycan təmsilçisi birinci yarımfinalda iştirak edəcək.

Xatırladaq ki, Fəxri İsmayıl 1995-ci ildə Bakıda anadan olub. O, musiqiçi ailəsində böyüyüb. Babası aktyor, atası caz ifaçısı olub.


Müəllif: Rəqsanə Həsənova