13 Mart 16:08
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, "Avroviziya 2024" Beynəlxalq Mahnı Müsabiqəsində Azərbaycanı Fahree (Fəxri İsmayıl) təmsil edəcək.

Teleqraf.com xəbər verir ki, Fahree sosial media hesabında təəssüratlarını bölüşüb:

"Avroviziya mahnımdakı dəyişiklikləri tam olaraq həyata keçirdim. Buna görə çox xoşbəxtəm. İlkin sağ olsun, ifası ilə mahnının muğam hissəsinə xəyal etdiyim rəngləri qatdı. Ürəyimdə, ağlımda yaşatdığım ideyanı gerçəkləşdirdi. İlkin Dövlətov, "Avroviziya" səhnəsini mənimlə paylaşmaq təklifini qəbul etdiyin üçün çox sağ ol, əziz dost".

Qeyd edək ki, "Avroviziya 2024" İsveçin Malmö şəhərində baş tutacaq. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final 11 mayda olacaq.




Müəllif: Rəqsanə Həsənova