14 Mart 14:50
4 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ikinci nikahından danışıb.

Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova MTV Azərbaycan kanalında bu sözləri deyib:

"Mən həyat yoldaşımla ruh əkiziymişəm, xəbərimiz yoxmuş. Əslində, onu xaraktercə ciddi tanıyırsınız, amma şıltaqlığı da var. Üzünü evdə çox görmürəm. Bəlkə də yola getməyimizim səbəbi budur. Səhər saat 9-da işə gedib, axşam eyni saatda evə gəlir. Mən də gözəllik salonu və sonra toy mərasimləri..."

İfaçı həyat yoldaşının qadağalarından danışıb: "Geyimimə çox diqqət edirəm. Məsələn, rəqs etməyi çox sevirəm, amma ona icazə vermir. Biz yeni ailə quranda deyirdim ki, olar qızlarla görüşüm, razı olmurdu. Amma indi deyir, qızlarla görüş".

Aysun İsmayılova nikahını gizli saxlamasından da söz açıb: "Əslində, anam bu haqda demişdi ki, dekabrda qızım ailə quracaq. O dediyi tarixdə ailə qurdum. Biz kəbin kəsdirdik, yanvarın 24-də isə rəsmi nikah bağladıq".

Qeyd edək ki, Aysun İsmayılova iş adamı Eşqin Cəlilov ilə evli olub. İkinci dəfə vəkil Ramil Vəliyevlə ailə həyatı qurub.









Müəllif: Rəqsanə Həsənova