14 Mart 20:50
19 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva formada qalmasının səbəbini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Aynişan Quliyeva İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib:

"Formada qalmağıma səbəb uzun zamandır idmanla məşğul olmağımdır. Keçən il səhhətimə görə qadağa qoyuldu və təxmini bir ilə yaxın idman etmirdim. Buna baxmayaraq bədənim formasını itirmədi. Çünki bacardığım qədər düzgün qidalandım. Bunu da keyfimdən deyil, haşimoto xəstəliyinin daşıyıcısı olduğum üçün edirdim".

Aynişan Quliyeva plastik əməliyyatından da danışıb: "Üzümdə yalnız burun əməliyyatı var. Mən düzgün və qədərində olan toxunuşlara qarşı deyiləm".


Müəllif: Rəqsanə Həsənova