28 Aprel 21:27
384
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29-a ev sahibliyi etmək böyük məsuliyyətdir, və eyni zamanda ölkə daxilində iqlim haqqında məlumatlılığın artırılmasına kömək edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Braziliyanın “Correio Braziliense” qəzetinə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

"Bütün dünyanın üzləşdiyi ən böyük problemlərdən biri olan iqlim dəyişikliyi və bütün ölkələrin üzləşdiyi bütün fəsadlardan söhbət gedəndə, COP29 ən mühüm hadisə sayılır. Ölkəmiz iqtisadiyyatı təbii qaz və neft kəşfiyyatına əsaslanan karbohidrogen ölkəsi kimi tanındığından biz artıq bir neçə ildir ki, hökumətimizin strateji məqsədlərindən biri olan yaşıl və bərpa olunan enerjiyə keçidi təmin etməli olduğumuzu anlayırdıq", - deyə o bildirib.

E.Əmirbəyov həmçinin qeyd edib ki, Azərbaycan Braziliya ilə ticarət əlaqələrini gücləndirməyə çalışır:

"Braziliya, məsələn, iqtisadiyyatımız üçün çox vacib olan gübrə sahəsində Azərbaycandan idxalı artıra bilər. Çoxlu təyyarə aldığımız üçün aviasiya sənayesində də çox yaxşı əlaqələrimiz var. Biz həm də turistlərin sayının artmasını istəyirik, çünki ölkənizi təmsil etməyin ən yaxşı yolu birbaşa uçuşların olmasıdır və dayanacaqları mümkün qədər qısaltmaq üçün məhz bunun üzərində işləməli idik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər