18 Mart 23:42
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Roza Zərgərli ARB televiziyasında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Roza Zərgərli bu sözləri deyib: "Məyus olaraq deyirəm ki, indi insanlar bir-birinə qarşı çox aqressivdirlər. Heç nə etmədən rahat yaşamaq istəyirlər.

Hamımızın keçdiyi əziyyətli yol var. Deyirsiniz ki, nə vecinədir, müğənnidir, pul qazanır. Bəlkə də çox insanlar çoxu bu pulu qazana bilməzdi, canı bu qədər xəstə və problemi ola-ola...Hər şey kənardan asan görünür. Niyəsə sosial mediada olan izləyicilər saxta profilləri nəzərə almıram, çünki onlar bizi sevmirlər, bilmədiyi, tanımadığı insanları mühakimə edirlər. Yaxın günlərdə stilistim Nazpəri Dostəliyevanın klipindən videosunu paylaşdı. Bu videonu sosial mediada da paylaşdılar. Şəbəkə izləyiciləri yazıblar ki, sən Zöhrə Abdullayev kimi niyə ölmürsən?! Axı, niyə ölsün?! Onu yazanın dediyi öz başına gəlsin. Bu qadın onsuz da əziyyətli bir yol keçib, doğmalarını itirib. Zülmlə ayağa qalxır, sənət fədaisidir. Siz ona elə sözlər yazırsınız?!".


Müəllif: Rəqsanə Həsənova