28 Mart 17:47
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da fəaliyyət göstərən Azərbaycan əsilli fotoqraf Nika Vəkilova dünya ulduzu Şakiranın fotosessiyasını edib.

Teleqraf.com xəbər verir ki, Nika Vəkilova bu haqda İnstaqram hesabında məlumat yerləşdirib:

"Yadımda qalan müddət ərzində onun inanılmaz istedadının böyük pərəstişkarı olmuşam. Onunla işləmək mənim arzum idi və nəhayət, o gün gəlib çatdı. Şakiranın yenicə buraxılmış "Las Mujeres Ya No Lloran" ("Qadınlar artıq ağlamaz") albomundan "Entre Parentesis" adlı ən son musiqi videosunun pərdəarxası şəkillərini paylaşmaqdan hədsiz dərəcədə həyəcanlıyam".


Müəllif: Rəqsanə Həsənova