7 May 11:27
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutacaq.

Teleqraf.com xəbər verir ki, İsveçin Malmö şəhərində baş tutacaq müsabiqənin birinci yarımfinal mərhələsində Azərbaycan təmsilçisi Fahree və İlkin Dövlətov çıxış edəcək. Onlar "Özünlə apar" mahnısı ilə səhnəyə 12-ci sırada çıxacaqlar.

Qeyd edək ki, birinci yarımfinalda 15 ölkə - Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova və Azərbaycan yer alacaq.


Müəllif: Rəqsanə Həsənova