Xəbər veridyimiz kimi, xalq artisti Aygün Kazımova “DreamFest”də çıxış edib.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova jurnalistlərin suallarını cavablandırıb.
O, xalq artisti Emin Ağalarov haqqında bu sözləri deyib: “Emin Ağalarovun layihələri ilə bağlı yüksək fikirdəyəm. Onun dünya səviyyəsində dünya ulduzları ilə etdiyi layihələr Azərbaycanın mədəniyyətinin xüsusi inkişafına çox müsbət təsir göstərir”.
Xalq artisti geyiminin məşhur Azərbaycanlı dizayner Rüfət İsmayıla aid olduğunu da qeyd edib.
İfaçı onu da bildirib ki, “Baku Crystal Hall”da konsert proqramı ilə çıxış edəcək: “Mütləq konsert olacaq, amma tarixi hələ ki bəlli deyil”.