Məşhur aktyor Ceki Çanın oğlu Ceysi narkotik istifadə etdiyinə görə ictimai şəkildə üzr istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə "China Daily" yazıb. Ceysi 6 ay məhkumluq həyatından sonra fevralın 13-də azadlığa çıxıb.
32 yaşlı Ceysi Çan təşkil etdiyi xüsusi mətbuat konfransda jurnalistlərin qarşısında baş əyərək hamıdan üzr istəyib.
O, etdiyi hərəkətlərə bəraət qazandırmayaraq ona " ikinci şansın verilməsini" istəyib.
Rüstəm