Müğənni Günay İbrahimli yeni fotosessiya etdirib.
Teleqraf.com xəbər verir ki, şəkillərdə sənətçinin bahalı zinət əşyaları diqqət çəkib. Yeni fotolarından danışan G.İbrahimli bunları deyib:
“Maraqlı ideyalar olanda fotosessiya etdirməyi sevirəm. Bu şəkillər stilist Elnurun ideyası idi. Gözəl də alındı. Düşünürəm ki, bu fotoların da yaradıcılığımda öz yeri qalacaq. Son zamanlar sənətimdə surətlə uğurlara imza atıram. Buna görə çalışdığım heyətə, xüsusən də prodüserim Tomaya təşəkkür edirəm. Bunlar son deyil, qarşıda çox maraqlı sürprizlər var”.
Qeyd edək ki, Günayın stili üzərində Elnur Həsənov çalışıb.
Rüstəm
Foto: Fərhad ƏHMƏDOV