25 May 2015 18:52
711

Müğənni Niyam Səlami repertuarında olan türk mahnıları ilə daha çox dinləyicilərin zövqünü oxşayıb. Bunu görən müğənni daha bir türk mahnısına müraciət edib.

Bu dəfə o, Türkiyə şou biznesinin imperatoru adlanan İbrahim Tatlısesin oğlu İdonun repertuarına müraciət edib.

“Bu mahnıdan çox danışmaq istəmirəm. Mahnı içimi parçaladı. Bu mahnı elə bir vaxta düşdü ki, onu oxumalı idim. İbrahim Tatlısesin oğlunun mahnısıdır. İndi də bu mahnını mən ifa edəcəyəm”.

Niyam Səlami eksklüziv olaraq yeni mahnını “Əsl şou” verilişində ifa edib.

Qeyd edək ki, “Əsl şou” verilişi həftə içi 5 gün saat 11:00-da Elgün Camal və Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.

Publika.az verilişdən fotoları təqdim edir.


Müəllif: