21 Sentyabr 2015 16:41
2 647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı tanınmış aktyor Muxtar Hüseynhacıyev barəsində həbs qətiimkan tədbiri seçilib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı aktyor öz tanışının 10 yaşlı qızına qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinir. Belə ki, o, bakirəliyini pozub.

Aktyor sentyabrın 17-də həbs edilib. Onun haqqında iki ay həbs qətiimkan tədbiri seçilib.

"TASS" agentiliyinin məlumatına görə, aktyor bir neçə dəfə azyaşlılara qarşı seksual hərəkətlər edib. Onun haqqında "Azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmə" maddəsi ilə cinayət işi açılıb.

Öz növbəsində Hüseyhacıyevin nümayəndələri bildiriblər ki, zərərçəkənin anasının bəyanatı şər və böhtandır, həqiqətə uyğun ola bilməz.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Muxtar Hüseynhacıyev 35 film və serialda çəkilib. Onların arasında "Sonuncu mogikan ", "Kulagin və tərəfdaşları", "Karpov", "Əziz Maşa Berezina" kimi filmlər də var.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər